Gəncə Dram Teatrı Ukraynaya gedəcək
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı heyəti may ayında Ukraynanın Dneprodzerjinsk şəhərində keçiriləcək “Klassika bu gün” adlı beynəlxalq festivalda iştirak edəcək. Festivalda teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda azərbaycanlı yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunacaq.