Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış rejissor Əliheydər Ələkbərovun 100 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək yubiley tədbirində sənətkarın həyat və yaradıcılığından, sənət aləmində xidmətlərindən söz açılacaq.
Qeyd edək ki, 1915-ci ildə anadan olan Ə.Ələkbərov müxtəlif sənət ocaqlarında fəaliyyət göstərsə də, yaradıcılığının böyük qismi Akademik Milli Dram Teatrı ilə bağlıdır. O, 1975-ci ildə vəfat edib.