Azərbaycanın ABŞ-dakı səfirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə mayın 24-25-də Dünya Bankının inzibati binasında “Azərbaycanın irsi günləri” keçirilib.
Tədbir çərçivəsində Dünya Bankının əməkdaşları və qonaqlarına Azərbaycanın zəngin tarixi və mədəni irsi, o cümlədən milli geyimlərimiz, xalçalarımız və təsviri sənət əsərləri, paytaxt Bakının və ölkəmizin digər guşələrinin gözəl mənzərələri, habelə Azərbaycanın turizm potensialından bəhs edən videoçarxlar nümayiş etdirilib. Qonaqlar milli musiqimizin klassik parçaları ilə tanış olublar, onlara ölkəmiz barəsində broşürlər paylanılıb.
Tədbir çərçivəsində Dünya Bankının əməkdaşları və qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən ibarət nahar təqdim olunub.
Azərbaycan irsi günləri çoxsaylı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Təşəbbüs Dünya Bankının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar