Mədəniyyət və Turizm Nazirliyi son bir neçə ildə dünyanın ən məşhur xəbər kanallarından olan “Euronews” kanalı ilə uğurlu əməkdaşlıq aparır. Əməkdaşlıq bu kanalda təkcə ölkəmizin turizm və mədəniyyət potensialının təbliği ilə məhdudlaşmır.
“Euronews” kanalında reklam çarxlarının nümayişi ilə yanaşı “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunur, habelə euronews.com saytında müvafiq elektron banner kampaniyaları təşkil olunur.
“Postcards” proqramının Bakıdakı Alov qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb. Buraxılışda bu yeni tikilinin adının və dizaynının ölkənin qədim təsviri olan “Odlar yurdu” ilə bağlı olduğu bildirilir, möhtəşəm kompleks barədə məlumat verilir.
Həmçinin 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı “Focus” proqramının xüsusi buraxılışı efirə gedib.
Bu il ərzində “Postcards” proqramının İçərişəhər, Xınalıqda piyada yürüş (trekking) və çay mədəniyyətinə dair buraxılışlarının hazırlanması nəzərdə tutulur.
Beləliklə, dünyanın 150-dək ölkəsində 300 milyondan çox auditoriyaya malik olan “Euronews” kanalı ilə əməkdaşlığın əsas məqsədi təkcə Azərbaycan üçün kanalların auditoriyasını turist qismində cəlb etmək deyil, həmçinin xarici vətəndaşları ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları, o cümlədən iqtisadi və mədəni həyatın inkişafı ilə bağlı məlumatlandırmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar