Füzuli Dövlət Dram Teatrında 2016-cı ilin repertuarında olan Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” tamaşasına daxili baxış keçirilib.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Əsmər İbrahimova, Sehran Xanlarov, Əli Hüseynov, Fatimə Səfərəliyeva və başqaları çıxış edirlər. “Olmadı elə, oldu belə” tamaşası tezliklə teatrsevərlərə təqdim olunacaq.