Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aprel repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.
Ay ərzində tamaşaçılar “Afina axşamları”, “Yalan detektoru”, “Yeni il gecəsində məhəbbət intriqaları”, “Büllur sarayda”, “Yeddi gözəl”, “Yay gecəsində yuxu”, “Həddindən ziyadə evli taksi sürücüsü”, “Şəhrizadla daha bir gecə”, “Məhəbbətlə zarafat etmirlər”, “Müsyö Jordan və dərviş Məstəli şah” və “Qürur və qərəz” tamaşalarına, habelə “Kazanova: sevgi dərsləri”nin premyerasına baxa bilərlər.