“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində may ayı ərzində İstanbulda 4 müxtəlif məkanda silsilə tədbirlər keçirib.
Tədbirlərdə ictimai birliyin sədri, layihənin rəhbəri İradə Nəsirova və digər çıxış edənlər erməni işğalçıları tərəfindən Azərbaycana vurulan ziyan haqqında ətraflı məlumat veriblər. Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmi əks etdirən film nümayiş olunub.
Azərbaycanın istiqlal tarixində xüsusi yeri olan Kazım Qarabəkir paşanın qızı Timsal xanım çıxış edərək, Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu bildirib, tarixi olaylardan bəhs edib.
Tədbir iştirakçılarına erməni vandalizmini əks etdirən çap materialları paylanıb. Layihə çərçivəsində növbəti tədbirlər Gürcüstanda keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar