İyunun 11-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında MDB-nin “Birliyin ulduzları” humanitar mükafatları təqdim ediləcək.
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) yaydığı məlumatda bildirilir ki, ənənəvi olaraq Moskvada keçirilən mərasim ilk dəfə Belarus paytaxtında təşkil olunacaq.
Builki mükafatın laureatları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, belaruslu bioloqlar Vladimir Reşetnikov, Vladimir Titok və Yelena Spiridoviç, qırğız bəstəkarı Muratbek Beqaliyev, moldovalı yazıçı İon Drutse, rusiyalı artist Yuri Solomin, tacik rəssamı Vafo Nazarov və başqalarıdır.
“Birliyin ulduzları” mükafatı 2009-cu ildə Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Bu mükafat hər il MDB dövlətləri nümayəndələrinə dünya miqyaslı nailiyyətlərə, eləcə də humanitar fəaliyyət sahəsində uğurlara görə verilir. MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildə yaradılıb. Təşkilatın idarə heyətinin sədri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğludur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar