İyunun 6-da Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə VIII Respublika Olimpiadasına yekun vurulması və qaliblərin mükafatlandırılması münasibətilə mərasim keçirilib. Bu il olimpiada “Rusiya Kinosu ili”nə, Azərbaycanda “Multikulturalizm ili”nə, Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə və MDB məkanında “Təhsil ili”nə həsr olunub.
Tədbirin təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək dahi rus şairi Aleksandr Puşkinin (1799-1837) doğum günü olan 6 iyun tarixinin dünyada “Rus Dili Günü” kimi qeyd edildiyini bildirib. Olimpiadanın qaliblərini təbrik edən səfir tədbirin təşkilatçılarına, müsabiqə iştirakçılarına və rus dilinə maraq göstərən hər kəsə minnətdarlığını bildirib. Vurğulanıb ki, Azərbaycanda rus dilinin öyrənilməsinə böyük maraq var və dövlət tərəfindən rus dilinin keyfiyyətli tədrisi üçün lazımi şərait yaradılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar