Mayın 29-da Heydər Əliyev Sarayının səhnəsində “Triumf” Prodüser Mərkəzinin təqdimatında “Balaca və Karlson” musiqili tamaşası nümayiş olunub.
Rusiyanın tanınmış kinoaktyoru və televiziya aparıcısı Mixail Poliseymakonun baş rolu ifa etdiyi musiqili tamaşa böyük maraq doğurub. Balacaların sevimli qəhrəmanları sərgüzəştləri, şən əhvalatları ilə hətta böyüklərə də unudulmaz və yaddaqalan anlar yaşadıb.