Dünya Poçt İttifaqının dəstəyi ilə “Azərpoçt” MMC tərəfindən orta məktəb şagirdləri arasında keçirilən ümumrespublika inşa yazı müsabiqəsinə yekun vurulub. İyunun 2-də “Azərpoçt” MMC-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə bildirilib ki, Dünya Poçt İttifaqının təşəbbüsü ilə ölkəmizdə məktəblilər arasında ənənəvi olaraq belə müsabiqələr təşkil olunur. 2016-cı ilin əvvəlində elan olunan inşa müsabiqəsi respublikanın bütün şəhər və rayonlarının məktəblərini əhatə edib. Müsabiqəyə əvvəlcədən elan edilmiş mövzular üzrə ümumilikdə 35 mindən çox inşa yazısı təqdim olunub.
Müsabiqə komissiyasının münsiflər heyəti təqdim olunan yazılar arasında seçim edərək 6 nəfər qalibi müəyyənləşdirib. Onlardan iki nəfər paytaxtın Nərimanov rayonundakı 82 saylı məktəbin rus sektorunun şagirdləridir. Məktəbin VII d sinif şagirdi Aydan Rövşən qızı Məmmədzadə (rus dili və ədəbiyyatı müəllimi Ellada Məmmədova) “45 il sonra öz-özünə məktub” mövzulu inşa yazısına görə müsabiqədə 2-ci yerə layiq görülüb. Həmin məktəbin IX d sinif şagirdi Sərxan Mərdan oğlu Cəfərli (rus dili və ədəbiyyatı müəllimi Esmira Soltanova) isə müsabiqədə 4-cü yeri tutub.
Mərasimdə müsabiqə qaliblərinə “Azərpoçt” MMC-nin fəxri fərmanları və pul mükafatı təqdim olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar