Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda konsert proqramı ilə çıxış edib. Teatrın mətbuat xidmətindən bildirilib ki, konsert proqramı 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub. Konsert proqramında əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, gənc aktyor Əmrah Dadaşovun söylədikləri poeziya nümunələri, oxuduqları mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.