İyulun 6-da Yuğ Dövlət Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçiriləcək. Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya və quruluş müəllifi teatrın baş rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur. Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.
Səhnə əsərində Məhəmməd Füzulidən müasir şairlərədək poetik mətnlərdən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.