Mədəniyyət və Turizm Nazirliyinin maliyyələşdirdiyi “Qədim xalq oyun-tamaşalarının bərpası və müasir el mərasimlərində yenidən canlandırılması” layihəsi çərçivəsində “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi silsilə tədbirləri davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir Yevlax şəhərində yerləşən 30 saylı Kəlbəcər tam orta məktəbində baş tutub. Məktəbin direktoru Zahid Kazımov, filoloq Saday Musayev layihənin əhəmiyyətindən, milli-mənəvi dəyərlərin, o cümlədən xalq oyunları ənənələrinin qorunub saxlanılmasından söz açıblar.
Çıxışlardan sonra kəlbəcərli aşıqların müşayiəti ilə “Maral oyunu” nümayiş olunub. Xalq oyunu maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar