Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub. Bir neçə mərhələdən uğurla keçən gənc aktyor tədris ocağının teatr rejissorluğu fakültəsinə qəbul edilib.
Bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cü ildə fəaliyyətə başlayıb, müxtəlif illərdə Y.Vaxtanqov adına dram studiyası, orta teatr təhsili müəssisəsi, ali təhsil müəssisəsi, B.V.Şukin adına Ali Teatr Məktəbi, 2002-ci ildən B.Şukin adına Teatr İnstitutu adlandırılıb.