Türkiyənin “XVI Direklerarası Seyirci Ödülləri” teatr mükafatının növbəti qaliblərinin adı açıqlanıb.
Mükafatçılar ənənəvi olaraq hər il “Halk jürisi”nin üzvləri tərəfindən seçilir. Bu il də 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər.
Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
Sevindirici haldır ki, mükafatçılar arasında Azərbaycanın teatr və kino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov da var. Sənətkar Adana teatrının inkişafındakı xidmətlərinə görə "Tiyatro için Emek Ödülü"nə layiq görülüb.
Qeyd edək ki, mükafatın təqdimatı oktyabrda Adanada keçiriləcək festivalda baş tutacaq.
Lalə