Füzuli Dövlət Dram Teatrı yeni mövsümünü 16 sentyabrda Ş.Qurbanovun "Olmadı elə, oldu belə” əsəri ilə açıb. Tamaşa N saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.