Azərbaycanlı gənclər Almaniyanın Magdeburq şəhərində 26 ölkə gənclərinin iştirak etdiyi “Mədəniyyətlərin festivalı-2016” tədbirinə qatılıblar.
Festivalda ölkəmizi təmsil edən “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, tədbirdə Almaniyada təhsil alan və işləyən xarici ölkə gəncləri iştirak edib.
Festivalda Azərbaycanla bağlı stend və fotoguşə nümayiş olunub. Gənclər çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın Berlindəki səfirliyi tərəfindən təqdim olunan maarifləndirici broşür və kitabçaları tədbir iştirakçılarına paylayıblar. Azərbaycanın stendinə baş çəkən iştirakçılar ölkəmizin çay və milli şirniyyatlarına qonaq ediliblər.
Qeyd edək ki, Ə.Atakişiyevlə yanaşı daha 4 azərbaycanlı gənc hazırda Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Otto Van Guericke Magdeburq Universitetində “Beynəlxalq liderlik proqramı” çərçivəsində peşə təhsilinin menecmenti üzrə təhsil alırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar