Xalq artistlərinin yubileyi münasibətilə tamaşa hazırlanır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artistləri Ağaxan Salmanlının 75 və Yasin Qarayevin 70 illik yubileyləri münasibətilə “Açarını itirənlər” adlı səhnə əsəri hazırlanır.
Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Video və kompüter qrafikası İlham Əsədov, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, Əməkdar artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandıracaqlar. Tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.