Sentyabrın 30-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Ejen İonesko adına Teatrın (Moldova) yaradıcısı və rəhbəri Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.
Rolları əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Pərviz Bağırov, Nigar Güləhmədova, Anar Heybətov oynayır.