İyunun 16-da Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Kraliça II Elizabetin təvəllüd günü və 90 illik yubileyi münasibətilə qəbul təşkil edib.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, xüsusilə enerji, biznes, təhsil və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir.
Səfir vurğulayıb ki, Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsi ölkələrimiz arasında əlaqələrin gücünü göstərmək üçün böyük imkandır. Diplomat qeyd edib ki, Qarabağ atlarının Kraliçanın yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirakı bu ilin əlamətdar hadisəsi idi.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından Britaniya xalqını Kraliçanın doğum günü münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq inkişaf edir. Neft-qaz sahəsi əlaqələrdə xüsusi əhəmiyyət kəsb edir. Turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar