İyunun 25-də Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” adlı tədbir keçiriləcək. Muzey məfhumunu genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı etmək məqsədi daşıyan tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verəcək. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi ilə yaxından tanış olacaqlar. Uşaq muzeyi şöbəsi xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar hazırlayıb. Bələdçilər muzey kolleksiyası və xalça tarixi barədə mini ekskursiyalar təqdim edəcəklər. Festival çərçivəsində rəngləmə, “Art-detektiv” müsabiqələri və s. də planlaşdırılır. Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, lakin məktəbəqədər uşaqlar üçün də oyunlar var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar