İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib. Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova qurumun nəzdində Xalçaşünaslıq sektorunun yaradılması barədə danışıb.
Qeyd edib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik olan xalçaçılıq sənətinin hərtərəfli şəkildə praktik və nəzəri materiallar əsasında araşdırılması, Azərbaycan boyaqçılıq tarixini və adətlərini, bu ənənələrin müasir tətbiq perspektivlərini, eləcə də Azərbaycan xalçaçılığının digər türk xalqlarının xalçaçılıq ənənələri ilə müqayisəli şəkildə öyrənilməsi vacib məsələlərdəndir. Bu kimi məsələlərin tədqiq olunması üçün bölmənin nəzdində Xalçaşünaslıq sektorunun təşkil olunması zərurəti yaranıb. Professor Vidadi Muradovun rəhbərlik etdiyi “Azər-İlmə” MMC elmi-tədqiqat laboratoriyası kimi AMEA İctimai Elmlər Bölməsinin Xalçaşünaslıq sektoru üçün əsas baza hesab edilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar