“Azərbaycan Hava Yolları” Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi spottinq tədbiri elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, rəsmi spottinq iyulun 1-də və 2-də keçiriləcək.
Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. fotoyaddaşa almaq üçün imkan yaradılacaq. Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsi (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
Qeyd edək ki, iştirak üçün ərizələr iyunun 23-dən 29-dək pr@azal.az e-mail ünvanına qəbul edilir. Ətraflı məlumatı “Azərbaycan Hava Yolları”nın rəsmi Facebook səhifəsindən (www.facebook.com/azalqsc) almaq olar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar