Rus dilində elektron toplu hazırlanır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, əzəli yurd yerimiz olan Qarabağın tarixinin dünyaya dolğun şəkildə təqdim olunmasında internet resurslarının, xarici dillərdə elektron mənbələrin mühüm rolu var. “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə də bu məqsədə xidmət edir. Layihə əsasında ictimai birliyin www.azerbaycanli.org saytında rus dilində “Qarabağ tarixi” adlı elektron xronoqraf istifadəyə veriləcək.
İctimai birliyin rəhbəri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədovun bildirdiyinə görə, təşkilat tərəfindən 2010-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan internet məkanında ilk dəfə Qarabağ tarixinin elektron salnaməsi hazırlanmışdır. Yeni layihə həmin xronoqrafın zənginləşdirilməsini və rus dilinə tərcümə edilməsini nəzərdə tutur.
Elektron toplu Qarabağın ən qədim zamanlardan bu günədək tarixini xronikal qaydada əhatə edəcək. Bu tarixin mühüm hadisələri - Qafqaz Albaniyası, Orta əsrlər, Səfəvilər dövri və digər mərhələlərdə Qarabağın Azərbaycan torpağı olması, Qarabağ xanlığı, 1805-ci ildə xanlığın çar Rusiyası tərəfindən istila edilməsi, bölgəyə ermənilərin köçürülməsi, sonrakı proseslər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanın sovetləşməsi dövründə Qarabağda baş verən hadisələr, Qarabağın dağlıq hissəsində muxtar vilayətin yaradılması və sovet dövrü xronoqrafda təfərrüatı ilə əksini tapacaq. Topluda Ermənistanın Azərbaycana ərazi iddiası ilə 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi və ötən müddətdə cərəyan edən proseslər, sülh danışıqları ilbəil əhatə olunacaq.
Qeyd edək ki, elektron xronoqraf ictimai birliyin 2009-cu ildən QHT Şurasının dəstəyi ilə həyata keçirdiyi “azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet layihəsinin növbəti mərhələsidir. Ötən müddətdə bu çərçivədə Azərbaycan və rus dillərində “Bizim təqvim”, “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı”, “Mədəniyyət gündəliyi”, “Azərbaycançılıq - bizi birləşdirən dəyər” və s. toplular hazırlanmışdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar