“Şəhid anaları” Cəmiyyəti və Respublika Qadınlar Cəmiyyətinin Nərimanov rayon bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi yad edilib. Tədbirdə yeni çapdan çıxmış “Gültəkin” kitabının təqdimatı keçirilib.
Milli Qəhrəmanın anası Rəfiqə Əsgərova qızı haqqında kövrək xatirələrini bölüşüb.
Vaxtilə Gültəkinlə birgə cəbhədə çiyin-çiyinə baş həkim kimi fəaliyyət göstərən Ramiq Məhərrəmov bildirib ki, döyüşlərdə əsgərlərimizə ilk tibbi yardım göstərərək, onları ölümün pəncəsindən qurtaran fədakar tibb işçisi döyüşlərin birində düşmən gülləsinə tuş gəlib.
Milli Məclisin deputatı Adil Əliyev, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova və digər çıxış edənlər bildiriblər ki, dövlətimiz igid Vətən qızına layiq olduğu ən yüksək adı verib, tibb xidməti baş leytenantı Gültəkin Əsgərova ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
Diqqətə çatdırılıb ki, kitabda qəhrəman haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr və onun igidliyini tərənnüm edən şeirlər toplanıb.
Şəhidin qızı Əminə Yıldırım şərəfli döyüş yolu keçmiş anasının xatirəsini uca tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar