Abidə 80-ci illərdə SSRİ-nin buradakı səfirliyinin ərazisində ucaldılıb

Lüksemburq şəhərində Azərbaycanın Belçika və Lüksemburqdakı və Rusiyanın Lüksemburqdakı səfirliklərinin və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin 875 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Nizami Gəncəvinin Rusiyanın Lüksemburqdakı səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulub.
Səfir Fuad İsgəndərov Avropa İttifaqının üzvü olan Lüksemburqda Rusiya səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını deyib və bunu Azərbaycanın həm Rusiya, həm də Avropa xalqları ilə dostluğunun nümunəsi kimi səciyyələndirib. Diplomat vurğulayıb ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının mədəniyyət günləri çərçivəsində təşkil edilib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1996-cı ildə Belçika və Lüksemburqa səfəri zamanı abidəni ziyarət edib, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib.
Rusiya Federasiyasının səfiri Viktor Sorokin Nizami Gəncəvinin şeirlərindən parçalar söyləyib. Diplomat Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb, Azərbaycanda rus dili və mədəniyyətinə göstərilən hörmətdən söz açıb və bunun Rusiya tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tədbirdə Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri və Lüksemburq-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar