İyunun 30-da ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakının Ramana qəsəbəsində salınmış Şuşa şəhərciyində yerləşən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkünlərlə görüşüb.

Görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bildirib ki, 1988-ci ildən başlayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq xalqımıza böyük maddi-mənəvi ziyan vurub, bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb.
İctimai birliyin idarə heyətinin üzvləri - Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı Rövşən Rzayev qeyd ediblər ki, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, eləcə də qurum sədrinin 7 bəyanatında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha öz təsbitini tapıb. Bu səbəbdən işğala əsaslanan mövcud status-kvo dəyişməli, yəni Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağda tarixən yaşamış 90 minə yaxın azərbaycanlı öz torpağına qayıtmalıdır. Görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının danışıqlar prosesində maraqlı tərəf kimi eyni hüquqlara malik olduğu diqqətə çatdırılıb.
Görüşdə çıxış edən digər məcburi köçkünlər də münaqişəyə qədər ermənilərlə mehriban, sülh şəraitində yaşadıqlarını bildiriblər, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü əsasında həll edilməsindən sonra yenə də Dağlıq Qarabağda azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduqlarını vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar