Növbəti layihəyə xarici ölkələrin 18 universitetindən tələbələr qatılacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin növbəti yay məktəbi 18-27 iyul tarixində keçiriləcək. Mərkəzin qış və yay məktəbləri layihəsi “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşadıldığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetdən 40-dan artıq tələbənin iştirak edəcəyi gözlənilir. Azərbaycanın universitetlərindən yay məktəbinə 20 tələbə qatılacaq.
Beynəlxalq multikulturalizm yay məktəbi Bakı ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda fəaliyyət göstərəcək.
İştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri ilə görüşləri planlaşdırılıb. Tələbələr “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycanda dini müxtəliflik” mövzularında mühazirələr dinləyəcək, İsmayıllıda yerli gənclərlə birgə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı dəyirmi masada iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar