Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm ictimaiyyətini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrikdə islam dininin humanist dəyərlərini əks etdirən və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən bu əlamətdar günün mənəvi dünyamızda özünəməxsus yer tutduğu vurğulanır. Bildirilir ki, insanın müəyyən zaman çərçivəsində nəfsinə hakim olması onun mənəvi-ruh halına ciddi təsir göstərir, sosial məsuliyyətini artırır.
Nazirin təbrikində daha sonra deyilir: “Ramazan ayı insanların sağlamlığına vəsilə olmaqla yanaşı, əxlaqi dəyərlərin də saflaşması və möhkəmlənməsi baxımından vacib əhəmiyyət kəsb edir. Orucluq təqvimdə bir ay qədər qısa bir zamanı çevrələsə də, onun gətirdiyi mənəvi zənginlik ölçüyəgəlməzdir. Bu mənada Ramazanın “On bir ayın sultanı” kimi dəyərləndirilməsi mübarək bayramın hikmət və fəzilətinin sonsuzluğundan irəli gəlir”.
Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, yeni-yeni uğurlar arzulayıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar