Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə ölkələrimiz arasında mədəni əlaqələr və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məktub ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məktubda Azərbaycan hökumətinin hər zaman Almaniya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi və hər iki ölkəni bir-birinə yaxın edən çoxsaylı tarixi halların olduğu qeyd edilir.
1947-ci ildə Bremen Muzeyindən götürülən, məşhur rəssamlar Rembrant van Reyn, Albrex Durur, Nikola Pussin, Antoni van Duk, Jakob van Ruisdal və digərlərinə məxsus rəsm əsərlərinin 1999-cu ildə Prezident Heydər Əliyevin sərəncamına uyğun olaraq Almaniyaya geri qaytarıldığını diqqətə çatdıran Elmar Məmmədyarov XIX-XX əsrlərdə alman arxitektorlar Nikolaus von der Nonne və Adolf Eixler tərəfindən layihələndirilən çoxsaylı binaların hələ də Bakı və digər şəhərlərin küçələrinin ruhunu oxşadığını bildirir. Məktubda alman mühacirlər tərəfindən tikilən binaların, xüsusən də dörd kilsənin təmir-bərpa edildiyi qeyd olunur.
Məktubda diqqətə çatdırılır ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO-nun rəsmi yubiley tədbirləri siyahısına daxil edilib. Bu xüsusda, bayram tədbirlərinə dəstək məqsədilə Azərbaycan Almaniya və Gürcüstanla birlikdə UNESCO-nun qərargahında, Bakı, Göygöl, Berlin, Ştutqart və Tbilisi şəhərlərində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub.
Məktubda həmçinin xatırladılır ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Almaniyanın müvafiq qurumları və digər maraq göstərən tərəflər ilə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən “Azərbaycanda alman məskənləri” adlı layihə hazırlayıb. Layihənin tərkib hissəsi olaraq Gədəbəydə Siemens muzeyinin, Göygöldə rayon muzeyinin, ənənəvi eko-hotelin, Şəmkirdə Alman irsi mərkəzinin abadlaşdırılması və bərpası kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Məktubda sözügedən layihənin aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda təqdim edildiyi və böyük maraqla qarşılandığı qeyd edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar