AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” kitabı nəşr olunub.
İnstitutun İran filologiyası şöbəsinin dissertantı Rəna Rzayevanın namizədlik dissertasiyası əsasında hazırladığı kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılıb.
İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu bu monoqrafiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Birinci fəsildə Əbubəkr ibn Xosrov əl-Ustadın həyat və yaradıcılığı barədə mövcud məlumatlar ümumiləşdirilib, “Munisnamə”nin strukturu və janr mənsubiyyəti müəyyənləşdirilib. İkinci fəsildə müəllif “Munisnamə”nin həm müsəlman ədəbi-fəlsəfi fikrini, həm də pəhləvi mətnləri ilə əlaqələrini tutarlı nümunələrlə təhlil edib. Üçüncü fəsildə isə “Munisnamə”nin bədii hissəsinə daxil olan 31 hekayət yazılı və şifahi ədəbiyyatda rast gəlinən paralel süjetlərlə müqayisəli şəkildə təhlil edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar