İyulun 20-də Şəki şəhərində III beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, festivalda iştirak etmək üçün respublikanın 24 şəhər və rayonu qeydiyyatdan keçib. Bundan əlavə, 15 xarici ölkədən 37 qonaq festivalda iştirak etmək üçün müraciət edib.
Festival keçirməyin çox məsuliyyətli, eyni zamanda çətin iş olduğunu vurğulayan Milli Kulinariya Mərkəzinin direktoru builki festivalın da yüksək səviyyədə gerçəkləşəcəyinə əminliyini bildirib: “Çalışacağıq ki, festivalın keyfiyyətini ildən-ilə yüksəldək, iştirakçıların sayını artıraq və Şəkini dünyada şirniyyat paytaxtı, mərkəzi kimi tanıda bilək”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar