Bununla bağlı müvafiq sənədlər UNESCO-ya təqdim edilib

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan-UNESCO əlaqələri inkişaf edir.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərinin UNESCO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən müvafiq sənədlər hazırlanıb və UNESCO-ya təqdim edilib.
Qeyd edək ki, UNESCO Baş Konfransının 2 noyabr 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur. Dünya Kitab Paytaxtı konsepsiyası UNESCO tərəfindən 1996-cı ildə elan olunmuş Dünya Kitab və Müəllif Hüququ Gününə əsaslanır. Kitab sənayesinin üç əsas sahəsini təmsil edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və UNESCO-nun nümayəndələrindən ibarət komitə yaradılıb. Komitə təqdim olunan nominasiyaları qiymətləndirir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar