Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Syuzan Cəmil ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Misir və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazir müavini Ədalət Vəliyev mütəmadi şəkildə keçirilən qarşılıqlı mədəniyyət günlərini Misir ilə mədəni əlaqələrin intensivliyinin göstəricisi kimi diqqətə çatdırıb.
Səfir Misirin milli bayramı - İnqilab Günü (23 iyul 1952-ci il) çərçivəsində 29 iyul tarixində Bakıda Misir folklor qrupunun konsertinin keçirilməsinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkilati dəstək göstərilməsini xahiş edib.
Diplomat Misir və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafına inam ifadə edərək səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar