Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən həyata keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, mərhələləri və həlli perspektivləri” adlı layihənin növbəti təlimi keçirilib.
Mərkəzin sədri Yusif Ağayev çıxış edərək Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, informasiya mübarizəsində QHT-lərin rolundan söz açıb, bu sahədə elektron informasiya bazası, geniş internet resurslarından bəhs edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Aytac Əlixanlı layihə barədə fikirlərini bölüşüb, gənclər arasında vətəndaş məsuliyyətinin formalaşdırılması istiqamətində aparılan işlərdə belə layihələrin əhəmiyyətini qeyd edib.
Tədbirdə ekspertlər, Qarabağ müharibəsi iştirakçıları çıxış edib, gənclərin suallarını cavablandırıblar.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar