Xəbər verildiyi kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm yay məktəbi təşkil olunub.
İyulun 25-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla yay məktəbinin iştirakçıları ilə görüşüb.
Görüşdə 18-24 iyul tarixində yay məktəbi proqramının Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz rayonlarında, o cümlədən Nic, Lahıc, İvanovka kəndlərində keçirilən tədbirlərdən söz açılıb. Bildirilib ki, multikulturalizm məktəbi vasitəsilə Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmənin 16 universitetindən 31 xarici tələbə Azərbaycan multikulturalizmini öz gözləri ilə görmək imkanı əldə ediblər.
Görüşdə litvalı tələbə Salomeya Lukaite və yunanıstanlı Dimitrios Asproulis öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” beynəlxalq klubu barədə məlumat veriblər. Azərbaycanın gənc dostları” beynəlxalq klubunun yenicə fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da diqqətə çatdırılıb.
Dövlət müşaviri Kamal Abdulla təşəbbüsü yüksək dəyərləndirib və klubu yaradanlara təşəkkürünü bildirib. Həmin gün əcnəbi tələbələr İçərişəhərdə gəzintidə olublar. İyulun 26-da beynəlxalq multikulturalizm yay məktəbi başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar