İyulun 26-da Qazaxıstanın Prezident Kitabxanasının icraçı direktoru Beysembay Jumabekov Azərbaycan Xalça Muzeyində olub.
Qazaxıstanlı qonaqlara qədim xalça sənətimiz, milli xalça məktəbləri barədə geniş məlumat verilib. Muzeyin qeyri-adi görünüşü, ekspozisiyanın quruluşu, bədii tərtibatı, xüsusi monitorda nümayiş olunan “Azərbaycan xalçaları dünya kolleksiyalarında” və “Azərbaycan xalçaları Avropa rəssamlarının əsərlərində” nümunələri böyük maraqla qarşılanıb.
Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində milli xalça sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və həmin gün ölkəmizdə “Azərbaycan xalçası günü” kimi qeyd edilir.
Qonaqlar muzeyin kolleksiyasındakı “Zərgərlik inciləri” adlı ekspozisiya bölməsi ilə də maraqla tanış olub. Sonda Beysembay Jumabekova xatirə hədiyyəsi təqdim edilib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar