Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Milli mədəniyyət sistemində poetik təsəvvüf kodu” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada XIII-XVI əsrlər Azərbaycan bədii fikrinin inkişaf dinamikası həmin mərhələdə müsəlman mədəniyyətinin mühüm ideya bazalarından birini təşkil edən təsəvvüf təlimi ilə qarşılıqlı əlaqələr kontekstində vahid kulturoloji proses kimi elmi baxımdan modelləşdirilib. Təqdim olunan modeldə milli poetik düşüncə nümayəndələrinin yaradıcılıqları poetik fəlsəfədən (Mahmud Şəbüstəri, Marağalı Əvhədi, İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin) fəlsəfi poeziyaya (İmadəddin Nəsimi) və təriqət xarakterli fəlsəfi poeziyadan (Şah Qasım Ənvar, Şah İsmayıl Xətai) fövqəlestetik poetikliyə (Məhəmməd Füzuli) inkişaf xətti üzrə araşdırılır. Qədim və klassik bədii-fəlsəfi irsə modern nəzəri-metodoloji mövqedən nəzər salınır, “təsəvvüf” anlayışı poetika problemi kimi tədqiq və təhlil edilir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar