“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi müxtəlif vətəndaş qruplarını, xüsusən də gəncləri informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair məlumatlandırmaq, bu sahədə beynəlxalq tendensiyaları diqqətə çatdırmaqdır.
Qarabağ münaqişəsində müharibə təhlükəsinin aktual olduğu şəraitdə cəmiyyətin həm müxtəlif şəxslərin sosial şəbəkələrdə paylaşdıqları məlumatlara, həm medianın yaydığı xəbərlərə reaksiyası adekvat olmalı, ruh yüksəkliyinə xələl gətirilməməlidir. Layihə çərçivəsində “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçiriləcək dəyirmi masalarda buna diqqət yetiriləcək, maarifləndirmə işləri aparılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar