Federasiyasının keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalının qalib
filmlərinin Azərbaycanda nümayişi ilə bağlı müzakirə aparılıb
İyulun 28-də Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətində türk dünyasını təmsil edən media təşkilatları ilə qarşılıqlı münasibətlər mühüm yer tutur. Bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır, ümumən ictimai məzmun daşımaqla ortaq dəyərlərimizin təbliğini nəzərdə tutur. Media qurumları, eyni zamanda, bizi birləşdirən, xarakterizə edən məsələlərlə bağlı təşəbbüskarlıq da göstərməlidirlər.
M.Dəmir Dünya Qəzetçilər Federasiyasının həyata keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalı layihəsi haqqında məlumat verib. Qeyd edib ki, festivala filmlərin qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq. Toplanmış ekran əsərlərinin qiymətləndirilməsi aparılacaq. Qalib filmlər türk dünyasının müxtəlif yerlərində nümayiş olunacaq.
Dünya Qəzetçilər Federasiyasının sədri həmin filmlərin Azərbaycanda da nümayişinin önəmini vurğulayıb və bu baxımdan Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. Görüşdə bununla bağlı nəzərdə tutulan fəaliyyətin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.