Misirin “Nil Mədəniyyət” kanalında “Mənim gecəm” adlı proqramda Azərbaycan haqqında veriliş yayımlanıb.
Canlı yayımda iki saatdan çox davam edən verilişdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov, Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dilini tədris edən Usama Əbdürrəhim, fakültənin Azərbaycan dilində təhsil almış məzunları iştirak ediblər.
Səfirliyin əməkdaşı Emil Rəhimov Azərbaycan tarixi, zəngin mədəniyyəti, Misir-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda islam dininin yayılması tarixi, multikulturalizm dəyərləri, ölkənin turizm imkanları haqqında geniş məlumat verib.
Misirdə müvəqqəti yaşayan gənc alim Seymur Nəsirov Azərbaycanla Misir arasındakı tarixi əlaqələrə toxunub, ərəb dilində yazdığı kitabda Misirdə mühüm rol oynamış, əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər barədə söz açıb.
U.Əbdürrəhim Azərbaycan təbiətinin rəngarəngliyi barədə danışaraq, onun Azərbaycan incəsənətinə, folkloruna müxtəlif çalarlar qatdığını deyib, ölkəmizin memarlıq tarixinə toxunub. Ölkəmizdə sənətkarlıq və xalçaçılıq sənətinin qədim tarixi olduğunu qeyd edən alim UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış Azərbaycan muğamı, xalça, kəlağayı, tar ifaçılığı və aşıq sənəti haqqında da tamaşaçılara məlumat verib.
Ayn-Şəms Universitetinin məzunları səfirliyin tələbələr üçün təşkil etdiyi “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqələrindən söz açıblar, milli mətbəximiz və adət-ənənələrimiz barədə məlumat veriblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar