Gələn il görkəmli maarifçi, publisist və teatr xadiminin 160 illiyi qeyd ediləcək

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə bağlı çalışmalarında ona yaxından kömək göstərmiş, sonralar da qəzetlə mütəmadi əməkdaşlıq etmiş Əsgər ağa Adıgözəlovun (Gorani, 1857-1910) Gəncənin Səbzikar qəbiristanlığında yerləşən məqbərəsi Milli mətbuat günü ərəfəsində təmir və bərpa edilib.
Gələn il may ayında anadan olmasının 160 ili tamam olacaq görkəmli maarifçinin məqbərəsinin təmir-bərpası onun yubileyinə layiqli töhfədir.
Sərdabənin təmiri zamanı onun üzərində Əsgər Adıgözəlov Goraninin barelyefi yerləşdirilib, içəridə isə ümummilli lider Heydər Əliyevin bu xalq fədaisi, ilk milli teatrımızın yaradıcılarından biri, "Hacı Qara"nın ilk ifaçısı Əsgər Adıgözəlov haqqında sözləri, onun qısa tərcümeyi-halı və xeyriyyəçilik fəaliyyəti barədə Tiflisdə çıxan qəzetlərdən birinin məqaləsindən parça həkk olunmuş lövhələr yerləşdirilib.
Əsgər ağa Adıgözəlovun 160 illiyi münasibətilə "Qaranlıqdan işığa" adlı kitab işıq üzü görüb, "Babasının nəvəsi" adlı bədii-sənədli filmin çəkilişlərinə başlanılıb.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar