Yaponiyanın İto şəhərində ənənəvi “İto yay festivalı” keçirilir. Festivalda iştirak etmək üçün İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin X və IX sinif şagirdləri Məhəmməd Bünyətov və Fərid Gərayev ingilis dili müəllimi Şərafət Bayramovun rəhbərliyi ilə gündoğar ölkəyə yola düşüblər.
Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında 2013-cü ildə imzalanan qarşılıqlı dostluq haqqında sazişə müvafiq olaraq əlaqələr hər ötən il daha da genişlənir. Qarşılıqlı səfərlər, təcrübə mübadilələri, İto şəhərində Azərbaycan, İsmayıllıda isə yapon dilini öyrənmə kurslarının təşkili, “Yapon bağı”nın salınması bu münasibətləri daha da dərinləşdirib.
Məktəblilər “İto yay festivalı”nda ölkəmizi təmsil edəcək, həmyaşıdları ilə əlaqə quracaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar