Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə 2015/2016-cı tədris ilindən etibarən pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Bununla əlaqədar olaraq müvafiq komissiya 2016/2017-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqəni elan edir.
Müsabiqənin aparılması qaydaları, məktəblərin vakant yerləri və ünvanları haqqında məlumat, elektron ərizənin forması nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün müsabiqə komissiyasının katibliyinə müraciət etmək olar:
Tel.: (+994) 12 436 80 96; (+994) 12 436 74 18







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar