Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və ölkəmizin səfirliyinin dəstəyi ilə Zərifə Əlizadə və Lalə Məcidovanın müəllifi olduğu “Azərbaycanın tanınmış qadınları/Serb xalqının tanınmış qadınları” adlı kitab nəşr etdirilib. Kitab serb və Azərbaycan dillərində işıq üzü görüb.
Şəkillərlə zəngin olan kitabda hər iki xalqın tanınmış qadın şəxsiyyətlərindən bəhs olunur. Azərbaycan və Serbiyanın tarixində öz ölkələrinin ictimai həyatına, mədəniyyətinə və elminə böyük töhfə vermiş bir çox qadınlar var. Onlarla tanışlıq oxucular üçün Serbiya və Azərbaycanın tarixini, mədəniyyətini və milli mənəvi dəyərlərini daha yaxşı anlamaq imkanı yaradır.
Kitabın müəlliflərindən Z.Əlizadə Serbiyanın Novi-Sad İncəsənət Akademiyasının professoru, L.Məcidova isə filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin dosentidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar