Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) professoru, filologiya elmləri doktoru Nadir Məmmədli və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli Yaponiyanın Okinava şəhərində “Dil, linqvistika, ədəbiyyat və təhsil” adlı elmi simpoziumda iştirak ediblər.
Beynəlxalq tədbirdə, həm də moderator kimi çıxış edən Nadir Məmmədli “Avropa dillərindən alınmış ərəb mənşəli terminlər” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra simpoziumda dosent N.Məmmədlinin “Şeyx Fəridəddin Əttar və Seyid Yəhya Bakuvi yaradıcılığında yeddi vadi” adlı məruzəsi dinlənilib.
Hər iki məruzə böyük maraqla qarşılanıb.
Tədbirdə azərbaycanlı alimlər Ən Yüksək Təhsil Forumunun üzvü seçilib və onlara sertifikatlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar