Türkiyənin paytaxtı Ankarada IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı keçirilib. Cari ilin noyabrında İstanbulda keçirilməsi nəzərdə tutulan IX Avrasiya İslam Şurası Konfransına hazırlıq məqsədi daşıyan bu tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini, xalqımıza qarşı ermənilər tərəfindən dəfələrlə ağır terror aktları törədildiyini diqqətə çatdırıb. O, terrorizmə, separatizmə, insanlığa qarşı digər bütün cinayətlərə qarşı islam dünyasında həmrəyliyin vacibliyini vurğulayıb. Çıxışlarda islam təşkilatları arasında səmərəli əməkdaşlığın qurulmasının zəruriliyi qeyd olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar