“Azərmətbuatyayım” ASC Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində zona müşavirəsi keçirib.
Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon mətbuat yayımı şöbələrinin rəislərinin, ictimaiyyətin iştirak etdiyi tədbirdə çıxış edən “Azərmətbuatyayım” ASC-nin sədri Süleyman Salmanlı Masallıda Mətbuat Evinin tikilməsinin nəzərdə tutulduğunu bildirib.
Gəncə, Masallı, Saatlı, Ağdaş, Quba, Şirvan, Qəbələ, Şəki, Şəmkir və Qazaxda regional idarələrin yaradıldığını vurğulayan S.Salmanlı qəzet satışı şəbəkəsinin genişləndirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, mətbuat yayımı sahələrinin müasir texniki avadanlıqlarla təchiz ediləcəyini diqqətə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı ölkə mətbuatının inkişafına göstərilən dövlət qayğısından və bu sahədə aparılan islahatlardan söz açıb.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar