İran tərəfi Azərbaycan-İran müştərək təhsil mərkəzlərinin təsis olunmasını istəyir

Gələn aydan Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunacaq. Bu barədə İranın elm, təhqiqat və texnologiya naziri Məhəmməd Fərhadi məlumat verib (APA).
Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə məlumatlar İranın Təhsil və Qiymətləndirmə Təşkilatı tərəfindən tələbə qəbulu kitabçalarında bu gündən dərc olunacaq: “Bu fənn üzrə oxumaq istəyən tələbələr həmin kitabçadan qəbulun şərtləri, yerlər və universitetlər haqqında məlumatı əldə edə bilərlər”.
M.Fərhadi bildirib ki, hazırda İran tərəfi Azərbaycanla elmi nümayəndə heyətlərinin mübadiləsinə dair danışıqlar aparır. Onun sözlərinə görə, yaxın vaxtlarda elm sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etmək üçün qarşılıqlı səfərlər təşkil olunacaq: “Üzərində işləmək istədiyimiz sahələrdən biri də Azərbaycan-İran müştərək təhsil mərkəzlərinin təsis olunmasıdır. Çox sevindirici haldır ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar